Xəbər lenti

Şəmkirdə borc üstündə dava: Ana və oğlu döyüldü
Ölkə21:12 23.03.2026

Şəmkirdə borc üstündə dava: Ana və oğlu döyüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkir rayonunun Könüllü kəndində dava nəticəsində iki nəfər xəsarət alıb.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova və oğlu - 1994-cü il təvəllüdlü Güləddin Həmzəyev döyülüblər.
İlkin məlumata görə, hadisəni onların həmkəndlisi törədib. Belə ki, tərəflər arasında borc üstündə düşən dava ana və oğulun döyülməsi ilə nəticələnib.
Daha sonra G.Həmzəyevə məxsus VAZ-2106 markalı maşına da zərər verilib.
Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbir görülür.