Xəbər lenti

Əmlak bazarında alıcı qıtlığı: Qiymətlər enəckmi?
Ekonomiks 16:50 10.02.2026

Əmlak bazarında alıcı qıtlığı: Qiymətlər enəckmi?

Əmlak bazarında alıcı qıtlığı yaşanır.

Bu barədə Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, bazarda alıcı qıtlığı uzun sürərsə, bu ciddi şəkildə qiymətlərin enməsi ilə nəticələnə bilər:

"2025-ci il avqust ayından başlayaraq əmlak bazarında ciddi durğunluq hökm sürür. Buna əsas səbəb əmlakların satış qiymətlərinin baha olmasıdır. Əmlakların satış qiymətlərinin baha olması səbəbindən alıcıların böyük bir qismi gözləmə mövqeyindədir".
 


Elnur Fərzəliyev əlavə edib ki, hazırda alıcıların böyük qismi Bakı ətrafı ərazilərində tikilən fərdi yaşayış evlərinə üstünlük verir:

"Bundan əlavə, alınan əmlakların böyük hissəsi də tikinti şirkətləri tərəfindən daxili kreditlər hesabına satılan mənzillərdir. Yaxın zamanlarda ipoteka kreditlərinin ayrılması gözlənilir. Bu addım atılarsa, əmlak bazarında kütləvi axın olacaq. Bu səbəbdən ipoteka predmetinə çevrilən əmlaklara təlabatın və eyni zamanda satış qiymətlərinin artması qaçılmazdır".

Elnur Fərzəliyev uzun müddətdir əmlak bazarında baş verən durğunluq səbəbindən ümumi sahələri geniş olan, yəni qiymətləri baha olan mənzillərin satış qiymətində qismən enmə müşahidə olunduğunu xatırladıb:

"Dəyəri baha olan digər əmlakların alıcıları olmaması səbəbindən onlarında satışında səngimələr və bəzilərində süni formada artan qiymətləri bazar dəyərinə enib reallaşması müşahidə olunur. Paytaxtda baş verən söküntülərlə əlaqədar evləri sökülən sakinlərə verilən kompensasiya hesabına Bakı ətrafındakı ərazilərdəki fərdi yaşayış evlərinə təlabat artmaqdadır".

Bahar Rüstəmli
--> -->