
Emma Ələkbərzadə: “Qondarma bayrağa görə Avropa Məhkəməsində cavab verməlidirlər”
Ötən gün Stokholmda keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını yarışmanın keçirdiyi məkana gətirməsi sosial şəbəkədə həmyerlilərimizin qəzəbinə səbəb olub. Erməni təmsilçisinin bu hərəkəti əməkdar artist Emma Ələkbərzadəni də özündən çıxarıb. İfaçı fikirlərini Qaynarinfo.az-la bölüşdü:
““Eurovision” səhnəsi mahnı oxumaq qabiliyyətini göstərmək üçündür, siyasət yeri deyil. Ermənilər həmişə olduğu kimi yenə də öz üzlərini göstərdilər. Qondarma bayrağı ora gətirməklə yenə də öz zəifliklərini göstərdilər. Onlar bu qanunpozuntusuna görə Avropa Məhkməsinə vermək lazımdır. Dünən o bayrağı görəndə çox böyük əsəb keçirtdim”
Ələkbərzadə Səmranın çıxışından razı qaldığını və məşqlərdə yaranan problemləri normal hesab etdiyini söylədi:
“Səmra səhnədə əsl performans göstərdi. Səsiylə, rəqsiylə möhtəşəm çıxış etdi. Düşünürəm ki, birinci yerə laiq iştirakçıdır. Elə yarışmada dəstəklədiyim iştirakçı Səmradır. Düzdür, eşitdim ki məşqlərdə səsiylə bağlı problemlər çıxıb. Bu çox normaldır, əsas odur ki, çıxışda hər şey normal idi.”
Rəvan Nasiroğlu
Qaynarinfo.az


