Xəbər lenti

Çempionlar Liqası: Qrup mərhələsi başlayır
İdman04:43 14.09.2021

Çempionlar Liqası: Qrup mərhələsi başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.
Qaynarinfo xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş baş tutacaq.
Günün ilk matçları F və G qruplarında keçiriləcək. İngiltərənin "Mançester Yunayted" klubu İsveçrədə "Yanq Boyz"un qonağı olacaq. "Sevilya" isə İspaniyada Avstriya "Zaltsburq"unu sınağa çəkəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Gecənin ən maraqlı qarşılaşması, heç şübhəsiz, E qrupunda olacaq. İspaniya "Barselona"sı evdə Almaniyanın "Bavariya" klubu ilə üz-üzə gələcək. Bu qrupun digər oyununda Portuqaliya "Benfika"sı Ukraynada Kiyev "Dinamo"su ilə münasibətlərinə aydınlıq gətirəcək.
Turnirin son qalibi olan İngiltərənin "Çelsi" komandası H qrupundakı ilk sınağına Londonda çıxacaq. "Zadəganlar" Rusiya təmsilçisi "Zenit"lə qarşılaşacaq. Bu qrupda keçiriləcək digər görüşdə isə İsveçin "Malmö" və İtaliyanın "Yuventus" klubları üz-üzə gələcəklər.
Çempionlar Liqası
Qrup mərhələsi, I tur
14 sentyabr
E qrupu
23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)
23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya)
F qrupu
20:45. "Yanq Boyz" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə)
23:00. "Vilyarreal" (İspaniya) - "Atalanta" (İtaliya),
G qrupu
20:45. "Sevilya" (İspaniya) - "Zaltsburq" (Avstriya)
23:00. "Lill" (Fransa) - "Volfsburq" (Almaniya)
H qrupu
23:00. "Çelsi" (İngiltərə) - "Zenit" (Rusiya)
23:00. "Malmö" (İsveç) - "Yuventus" (İtaliya)
Qeyd edək ki, ilk turun digər 8 oyunu sentyabrın 15-də keçiriləcək.