Xəbər lenti

Çempionlar Liqasında bu gün daha iki oyun keçiriləcək
İdman06:10 06.04.2022

Çempionlar Liqasında bu gün daha iki oyun keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, oyunardan biri İngiltərədə baş tutacaq. "Çelsi" doğma meydanda "Real"ı qəbul edəcək. Görüşü fransalı FIFA referisi Kleman Türpen idarə edəcək.
Digər görüş isə İspaniyada keçiriləcək. Almaniya çempionu "Bavariya" səfərdə "Vilyarreal"ın qonağı olacaq. Görüşdə ədaləti ingiltərəli Entoni Teylor qoruyacaq.
Komandalar arasında cavab oyunları aprelin 12-də olacaq.
UEFA Çempionlar Liqası
İlk oyunlar
6 aprel
23:00. "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya)
Baş hakim: Kleman Türpen (Fransa)
23:00. "Vilyarreal" (İspaniya) - "Bavariya" (Almaniya)
Baş hakim: Entoni Teylor (İngiltərə)
1/4 finalın ilk iki oyununda İngiltərə təmsilçilərindən "Mançester Siti" evdə İspaniyanın "Atletiko" (Madrid) klubuna 1:0 hesabı ilə qalib gəlib, "Liverpul" isə Portuqaliyada "Benfika"nı məğlub edib - 3:1.
Səbuhi Həsənov