Xəbər lenti

Çempionlar Liqasında qol şousu (VİDEO)
İdman05:27 25.04.2018

Çempionlar Liqasında qol şousu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çempionlar Liqasının yarımfinal mərhələsinə start verilib.
Qaynarinfo xəbər verir ki, ilk oyunda "Liverpul" "Roma"nı qəbul edib.
1/4 finalda "Barselona"nı sıradan çıxaran italyanlar İngiltərə klubu qarşısında aciz qalıb. Məhəmməd Salah və Roberto Firmino hərəyə 2 qol vurub və 2 məhsuldar ötürmə edib. "Liverpul"un digər qoluna Sadio Mane imza atıb. 5:0-dan sonra özünə gələn "Roma" Edin Dzeko və Dieqo Perottinin (penalti) fərqi azalda bilib - 5:2.