Xəbər lenti

Çempionlar Turu: Teymur Rəcəbov yarımfinalda
İdman19:02 27.05.2021

Çempionlar Turu: Teymur Rəcəbov yarımfinalda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup”da bu gün 1/4 final mərhələsinin cavab görüşləri keçirilib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov da bu raundda cavab görüşlərini keçirib.
İlk gündə Niderland təmsilçisi Aniş Girini 2,5:1,5 hesabı ilə məğlub edən 34 yaşlı qrossmeyster bu dəfə görüşlərinin hamısını heç-heçə ilə başa vurub. Bununla da 2:2 hesablı heç-heçəyə nail olan Rəcəbov ilk oyun günündəki qələbə sayəsində yarımfinala adlayıb.