Xəbər lenti

Emrah Acunu məhkəməyə verdi: 344 min təzminat
Maqazin11:52 14.04.2016

Emrah Acunu məhkəməyə verdi: 344 min təzminat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanınmış müğənni Emrah "Tv8" kanalının rəhbəri Acun Ilıcalını məhkəməyə verib.

Müğənni "Unuda bilsem", "Götür beni gittiğin yere", "İhtiyacı var" adlı əsərlərinin "O ses Türkiye", "Yetenek Sizsiniz" və "Rising Star" adlı proqramlarda ondan icazə alınmadan istifadə edilməsinə etiraz edib.

Buna görə də Emrah "Acun Media"nı məhkəməyə verib, təzminat olaraq 344 min türk lirəsi (183769.22 manat) tələb edib.

Müğənni mövzu ilə bağlı açıqlamasında: "Bu təkcə mənimlə bağlı bir mövzu deyil. Məndən başqa bütün bəstəkarlara hörmətsizlik edilib. Bu haqsızlığa son vermək lazımdır", - deyib.//milliaz

Qaynar.info