Xəbər lenti

Ən böyük təhlükə hansıdır: Çin, yoxsa iqlim dəyişikliyi? – Pentaqondan cavab
Dünya15:48 12.11.2021

Ən böyük təhlükə hansıdır: Çin, yoxsa iqlim dəyişikliyi? – Pentaqondan cavab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Jurnalistlərin iqlim dəyişikliyi, yoxsa Çinin hansının daha böyük təhlükə yaratdığı barədə sualına Pentaqonun sözçüsü Con Kirbi onların hər ikisini vacib adlandırıb.
Qaynarinfo xəbər verir ki, Vaşinqton dəfələrlə bəyan edib ki, hazırda ABŞ-ın əsas geosiyasi rəqibi Çindir.
Bundan əvvəl Tayvan hava hücumundan müdafiə identifikasiya zonasında Amerika kəşfiyyat təyyarəsini müşayiət etmək üçün Çin Hərbi Hava Qüvvələrinə məxsus qırıcı qaldırılıb. Pekin bununla ABŞ-a bir daha göstərməyə çalışıb ki, bu hava məkanını özününkü hesab edir.
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri qurumunun rəhbəri general Mark Milli üç güc mərkəzi - ABŞ, Çin və Rusiya ilə dünya nizamının formalaşdığını elan edib.
Hərbi rəhbərin sözlərinə görə, hazırda dünyada qeyri-sabitlik son 40-50 ilin ən yüksək göstəricisidir.
Alpər