Çində ölkənin ən dərin metro tunelinin tikintisi başa çatıb.
Qaynarinfo Ria Novosti-yə istinadən xəbər verir ki, 8,1 km uzunluğa sahib tunelin bir hissəsi dənizin altından keçir. Qinqdao şəhərinin şərq və qərb hissələrini birləşdirən tikilinin ən dərin hissəsi dəniz səviyyəsindən 88 m aşağıda yerləşir. Tikinti işlərinə 2015-ci ilin sentyabrında start verilmişdi.
Qeyd edək ki, Çin oktyabr ayında dünyanın ən uzun dəniz körpüsünün açılışını edib. Tikintisi 2009-cu ildə başlayan körpü ətraf-mühitin mühafizəsi ilə məşğul olan qrupların böyük narazılığına səbəb olmuşdu. Çünki körpü ilə əlaqədar işlər Hon Konqun simvoluna çevrilmiş ağ delfinlərin sayında azalmaya səbəb olub. 2007-2018-ci illərdə Kon Konq sularında sadəcə 50 ağ delfin müşahidə edilib.
Gülşən