Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın daxili işlər və ədliyyə nazirlərinin Türkiyədəki mülklərinə sanksiyalar tətbiq olunacağını bildirib.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, dövlət başçısı bu barədə AKP-nin qadın qolları təşkilatlarının iclasında bildirib.
Oxşar addım əvvəlcə ABŞ tərəfindən atılıb. Türkiyədə casusluq və terrorizmdə ittiham edilən amerikalı rahib Brunsona görə yaşanan böhran səbəbilə ABŞ Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülün mülklərini dondurub.
Ərdoğan bildirib ki, addım Türkiyəyə qarşı hörmətsizlikdir, Türkiyə xarici siyasətini yalanlar üzərində qurmayıb və hər zaman başını dik tutub.
Gülşən