Xəbər lenti

Ərdoğan azərbaycanlı jurnalisti cəzalandırdı
Ölkə06:40 07.02.2014

Ərdoğan azərbaycanlı jurnalisti cəzalandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Todays Zaman" qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalov Türkiyədən deportasiya edilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "İnternethaber" onlayn qəzeti məlumat verib


Məlumata əsasən, buna səbəb Mahir Zeynalovun hökumət əleyhinə və xüsusən də ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı davamlı ittihamlar etməsi olub.

M.Zeynalov qəzetdə Türkiyə hökumətinin "Əl Qaidə" terror təşkilatı ilə ilə əlaqələri olduğu barədə silsilə məqalələr dərc edib.

Məlumatda qeyd olunur ki, Türkiyə Daxili İşlər Nazirliyinin qərarı ilə M.Zeynalovun ölkəyə girişi də qadağan olunub.


Qaynar.info