Xəbər lenti

Ərdoğan Bakıya səfər edə biləcəkmi? - Şərh
Ölkə08:20 18.04.2016

Ərdoğan Bakıya səfər edə biləcəkmi? - Şərh

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Üçüncü dəfə də hər hansı xoşagəlməz hadisə baş versə, belə çıxacaq ki, terrorçular qarşılarına məqsəd qoyublar ki, Ərdoğanın Azərbaycana səfəri reallaşmasın"

Bu sözləri Qaynarinfo.az saytına açıqlamasında politoloq Elxan Şahinoğlu Türkiyə prezidentinin Aprelin 25-də Bakıya edəcəyi rəsmi səfərlə bağlı məsələni şərh edərkən deyib.

Elxan Şahinoğlu sözlərinə görə, bu səfər zamanı da hansısa xoşagəlməz hadisə baş versə, belə çıxacaq ki, terrorçular Ərdoğanın Azərbaycana səfər etməsini istəmirlər: " Amma ümid edirəm ki, bu dəfə bu cür hadisə baş verməyəcək. Ərdoğanın səfəri baş tutacaq. Onsuz da Türkiyə PKK-nın bel sütununu qırıb. Daxildə PKK xeyli zəiflədib. 

Son iki ayda Azərbaycan və Türkiyə prezidentləri bir neçə dəfə görüşüb. Bu da ətraflı fikir mübadiləsi üçün imkan qazandırır. İki ölkə arasında hərbi-strateji müttəfiqliyi genişləndirmək lazımdır. Cəbhə bölgəsində vəziyyət gərgindir. Türkiyənin əlavə məlumatlar əldə etməsinə ehtiyac var. Prezidentlər arasında bu məslə ciddi müzakirə olunur".

Elxan Şahinoğlu

Politoloqun fikrincə, bu səfər ermənilərin qondarma soyqrımı ərəfəsinə təsadüf etsə də, təxribat olması inandırıcı deyil : "Əks təqdirdə son aylarda aldıqları zərbədən daha artığını alacaqlar. Bu onlara baha başa gələcək. Əksinə qondarma soyqırım günü Bakıda bu möhtəşəm tədbirin keçrilməsi yerinə düşür. Keçən il qondarma soyqrımın il dönümü günü Çanaqqala zəfərinin yüz illik tədbiri keçrildi. Mən də o tədbirə qatılmışdım. Çox möhtəşəm bir tədbir oldu. Beynəlxalq aləm Çanaqqala yüzilliyindən danışdı. Ermənilərin dırnaqarası soyqrımının yüzillik tədbiri kölgədə qaldı".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.az