Xəbər lenti

Ərdoğan hamını belə təəccübləndirdi
Dünya18:45 05.09.2014

Ərdoğan hamını belə təəccübləndirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin 12-ci prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan ölkəsində hər kəsi təəccübləndirəcək bir addım atıb.

ANS TV-nin məlumatına görə, o, bu günə kimi Türkiyənin 11 prezidentinin yaşadığı Çankaya Köşkündə yaşamaqdan imtina edib. Əvəzində o, Atatürk meşə bağında salınmış yeni istifadəyə veriləcək evdə yaşayacaq. Məhz Türkiyə prezidentləri üçün tikilən malikanənin dəyəri 450 milyon ABŞ dollarıdır.

Çankaya Köşkündə isə Baş nazir Əhməd Davudoğlu ailəsilə məskunlaşacaq. Hansı ki, bu evdə ilk olaraq Türkiyənin birinci prezidenti olan Mustafa Kamal Atatürk yaşamışdı. Düz 91 il əvvəl Çankayada prezidentlərin yaşamasının təməli qoyulmuşdu. Çankayanın tarixi də çox maraqlıdır. Atatürk 1921-ci ildə ikimərtəbəli bu evi bəyəndikdən sonra ona sahib olub. 1930-cu ildə isə ev tamamilə sökülərək, Avstraliyalı memar tərəfindən yenidən tikilir və Türk dizaynı ilə hazırlanan iqamətgah, Atatürkün son gününə kimi evi olur.

Ərdoğana qədər Süleyman Dəmirəl belə bir addım atmaq istəmişdi. O, Çankayadan yalnız ofis kimi istifadə etmişdi, amma bütünlüklə imtina edə bilməmişdi. Abdulla Gül isə ailəsilə bərabər bu malikanədə 7 ilini keçirdi. Hətta xanımı Xeyrənsə Gül Çankayaya ən yaxşı baxan xanım kimi Türkiyə tarixinə düşdü. Ərdoğanın açıqlaması ilə Çankaya da rəsmiyyətdən daha çox tarix parçasına çevrilir.

Rəcəb Tayyib Erdoğanın belə bir qərar verməsinə səbəb kimi, onun xanımının istəyinin böyük rol oynadığı deyilir. Əminə Ərdoğanın Çankaya Köşkünü çox soyuq və darıxdırıcı adlandıraraq, burada yaşamaqdan imtina etdiyi kimi məlumatlar da yer alıb. Çankayanın otaqları kiçik olsa da, tarixdə çox böyük siyasi prosseslərə şahidlik etmişdi.

Qeyd edək ki, NATO sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı ilə Türkiyə rəsmilərinin dinlənilməsi məsələsi müzakirə edilib. Məhz Ərdoğanı Çankayadan imtina etməsi səbəblərindən biri kimi, Qərb xüsusi orqanlarının bu binada çoxlu sayda dinləmə aparatlarının quraşdırılması ilə izah edilir.

Qaynar.info