Xəbər lenti

Ərdoğan Mosula hücumun tarixini açıqladı
Dünya15:30 25.09.2016

Ərdoğan Mosula hücumun tarixini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Oktyabrın 19-da İraq ordusu və Şimali İraq Kürdüstan Muxtariyyətinin silahlı birləşmələri (peşmərgə) tərəfindən Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün əməliyyata başlamağı planlaşdırır.
APA-nın Türkiyənin "Yeni Şafak" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan Türkiyəyə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.
R. T. Ərdoğan ərəblərlə peşmərgənin bu əməliyyatda həmrəy şəkildə iştirak etməsinin vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, Mosul şəhəri və ətrafı 2014-cü ildən İŞİD-in nəzarətindədir. 
Qaynarinfo.Az