Xəbər lenti

Ərdoğan: "ABŞ-ın nə etməyə çalışdığını anlamıram"
Dünya07:30 01.09.2017

Ərdoğan: "ABŞ-ın nə etməyə çalışdığını anlamıram"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Həzrəti Əli məscidində bayram namazı qılandan sonra jurnalistlərə açıqlamalar verib.

"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Myanmarda törədilən müsəlmanlarına qətlinə fikir bildirərək "20 minə yaxın zərərçəkən var. Müsəlmanlar öldürülür, məzlum insanlar evlərini tərk edərək Banqladeşə qaçır. Bu barədə İslam Həmrəyliyi təşkilatı, BMT və müsəlman ölkəri liderləri ilə görüşlər həyata keçirdim. Məsələnin həlli üçün işlər davam etdiriləcək" deyib.

Ərdoğan Fransa prezidenti Emmanuel Makronun son günlərdə səsləndirdiyi fikrə də münasibət bildirib: "Makronun nə demək istədiyini başa düşməmişəm və Fransa prezidenti görüş tələb etdikdə bunu rəddetmək istəmərəm, çünki dostları azaltmaq yox, çoxaltmaqda maraqlıyam".

Qeyd edək ki, Emmanuel Makron müsahibəsində "Beylnəlxalq arenada lider olmaq elə də gözəl bir şey deyil. Məsələn, 10 gündən bir Rəcəb Tayyib Ərdoğanla danışmalıyam" demişdi.

Son olaraq, Türkiyə prezidenti jurnalistlərə müsahibəsində ABŞ barədə açıqlamalar verib: "ABŞ-ın nə etməyə çalışdığını anlamıram. Bu qalmaqaldır. ABŞ təhlükəsizlik qüvvələri öz vəzifələrini yerinə yetirə bilmirdi və bizə hücum edən terror qrupunun üzvlərinə müdaxilə edərək özümüzü müdafiə etdik. Mühafizəçilərin vəzifəsi müdafiə etməkdir. Bu barədə prezident Donald Trampla görüşəcəyəm. ABŞ-da davam edən bu proseslər heç xoş deyil. ABŞ FETÖ və PKK terror qruplarına himayədarlıq edən ölkədir".

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri zamanı prezidentin mühafizəçiləri ilə Abdullah Öcalan tərəfdarları arasında qarşıdurma yaşamış, hadisədən sonra mühafizəçilərdən bir neçəsi həbs edilmişdi.

Gülşən

Qaynarinfo.Az