Xəbər lenti

Ərdoğan xalqın qarşısına çıxacaq
Dünya05:08 11.06.2013

Ərdoğan xalqın qarşısına çıxacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ankarada və İstanbulda keçiriləcək mitinqlərdə xalqa müraciətlə çıxış edəcək.

APA-nın məlumatına görə, bu barədə hakim Ədalət və İnkişaf partiyasının mətbuat xidməti açıqlama verib.

“İyunun 15-də Akaranın Sincan rayonunda, iyunun 16-da isə İstanbulun Qızlıçeşmə rayonunda mitinqlər təşkil olunacaq”, - deyə mətbuat xidmətinin açıqlamasında bildirilib.  

Məlumatda bildirilir ki, partiya lideri R.T.Ərdoğan mütəmadi olaraq xalq qarşısında çıxış edir və insanların suallarına cavab verir: “Afrika ölkələrinə turnesindən sonra o Adanada və Mərsində çıxış edib”.  

 Partiyanın mətbuat xidməti qeyd edib ki, mitinqlərdə partiya tərəfdarlarından savayı hər bir şəxs iştirak edə bilər.