
Baş nazir Rəcəb Tayyib Ərdoğana indiyə qədər 30-a yaxın sui-qəsd cəhdi olub.
Qaynar.info-nun TRT-yə istinadən verdiyi xəbərə görə, bunu Avropa Birliyi naziri və baş müzakirəçi Egemen Bağış deyib.
"Cihan"ın xəbərinə görə, Antalyada Ədalət və İnkişat Partiyasının yerli rəhbərliyi ilə görüşən Bağış buradaçı çıxışında Reyhanlıdakı partlayışların milləti tələyə düşürmə cəhdi olduğunu söyləyib: "Bu, bizə qarşı il hücum, provokasiya, tələ cəhdi deyil. 30-a yaxın sui-qəsd cəhdindən qurtulmuş bir sədrimiz var. Partiyamızı bağlatmağa çalışan zehniyyətlə Türkiyənin inkişafını qəbul edə bilməyən zehniyyətin orqanik əlaqəsi var. Biz bu günə qədər bezmədik, təhdidlərə qulaq asmadıq, bundan sonra da kimsə bizi qorxuda bilməz. Çünki bu yola çıxarkən kəfənimizlə çıxdıq. O xəyallarımızdan da geri dönməyəcəyik".
Qaynar.info