
Türkiyə daxildəki xain abidələrə baş əyməyəcəyi kimi, xaricdəki xain abidələrə də baş əyməyəcək.
Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Ədalət və İnkişaf" Partiyasının qrup toplantısında regionda, o cümlədən Suriyada baş verənlərə münasibət bildirərkən bəyan edib.
ANS PRESS-in məlumatına görə, Ərdoğan Qərbin Suriyada baş verənlərə dair mövqeyini, eləcə də Suriya prezidenti Bəşər Əsədin yenidən prezident olmağa hazırlaşmasını da pisləyib.
"Suriyada 4 ildir qan su yerinə axır. 200 min insan ölüb, səsləri çıxırmı? Hələ də bir müdaxilə edilibmi? Tam əksinə olaraq, orada qatil bir hökumət dəstəklənir. İndi də öz-özünə prezident olmağa hazırlaşır. Hansı üzlə, kimin qarşısında seçki keçirəcəksən?" - Ərdoğan belə deyib.
Ərdoğan həmçinin bildirib ki, "Türkiyənin üzərində əməliyyat aparmaq istəyən qüvvələr qarşılarında çökmüş bir ölkənin dayanmadığını" yəqin etməlidirlər.
Qaynar.info