
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan "Qalatasaray"ın baş məşqçisi Fateh Terimin ünvanına təriflər səsləndirib.
Qırğızıstana gedərkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Ərdoğan Terimi də terrorun həlli ilə bağlı prosesdə iştirak edəcək "Aqil insanlar" siyahısında görmək istədiyini bildirib.
Terimin yalnız idmanda deyil, hər sahədə siyasə dərinliyi olan bir şəxs kimi xarakterizə edən Ərdoğan "məşqləri olmasa, siyahıya daxil edərdim" deyib.
Qaynar.info