Xəbər lenti

Türkiyədə komendat saatı: Ərdoğanın başqa alternativi qalmayıb... (Politoloq)
Dünya09:45 11.04.2020

Türkiyədə komendat saatı: Ərdoğanın başqa alternativi qalmayıb... (Politoloq)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarşıdakı günlərdə Türkiyədə vəziyyət tam nəzarətə götürülə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Türkiyədə iki günlük elan olunan fövqəladə vəziyyəti şərh edərkən deyib.
Onun fikrincə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başqa alternativi qalmayıb:
"Ona görə də bu yola əl atıblar. İki gün fövqəladə vəziyyət elan edilib. Sadəcə, aprelin 10-da Türkiyədə baş verən görüntülər məyusluq doğurdu. Fövqəladə vəziyyət elan olunan anda insanların marketlərə hücumu başladı. Bunun özü xəstəliyin yayılması üçün təhlükəli ola bilər. Amma hər halda görünür, bu iki gün Türkiyə üçün çox vacibdir, virusun yayılmasını nəzarət altına almaq istəyirlər".
Elxan Şahinoğlu hesab edir ki, Türkiyədəki faktiki vəziyyət Avropa dövlətlərində olduğu kimi deyil: 
"Amma Türkiyənin ərazisi kimi əhalisi də böyükdür. Məqsədləri virusun bu yolla yayılmasının qarşısını almaqdır. Əgər buna nail olunsa, düşünürəm ki, qarşıdakı günlərdə də vəziyyət tam nəzarətə götürülə bilər".
Qeyd edək ki, Türkiyədə koronavirusla mübarizəyə görə 48 saatlıq komendant saatı tətbiq edilib.
Bahar Rüstəmli