Türkiyə prezidenti Ərdoğanın oğlu və qardaşının ortaq olduğu “BMZ Group Denizcilik” şirkəti dəyəri 18 milyon dollar olan yeni gəmi alıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğanlara aid dördüncü tanker olacaq “POET Qabil” bu ilin iyulunda dənizə buraxılacaq.
Qeyd edək ki, bundan əvvəl Ərdoğan ailəsinə məxsus şirkət “Mecid Aslanov” (Mübariz Mənsimovun babası), “Begim Aslanova” (Mübariz Mənsimovun nənəsi) , “Shovket Alekperova” tankerini almışdı.
***
Virtualaz.org saytının məlumatına görə, gəmi bu il iyulun 1-də dənizə endiriləcək. Şirkətin ortaqları Bilal Ərdoğan, Mustafa Ərdoğan və Ziya İlgendir.
Gəmi “Palmali” şirkətinin sifarişi və vəsaiti hesabına “Türkter Tersanəsi”ndə inşa edilib. Armada tipli tankerə Azərbaycanın mərhum xalq şairi Qabilin xatirəsinə “Poet Qabil” adı verilib.
Bu, “Türkter Tersanesi”ində “BMZ Group”un sifarişi və “Palmali”nin krediti hesabına inşa edilən, Ərdoğanların ailə donanmasına qatılan dördüncü tankerdir. Bundan əvvəl Türkiyə mətbuatı Mənsimovla Ərdoğanlar arasında dolaşıq biznes sövdələşməsi haqda yazaraq bildirmişdi ki, “BMZ Group” “Palmali”nin krediti hesabına inşa edilən tankerləri alır, daha sonra gəmilər Kiprdə qeydiyyatdan keçmiş offşor şirkətə dövr edilir. “Palmali” şirkəti isə tankerləri 10 illiyinə kirayələyir.
Qaynar.info


