Xəbər lenti

Ərdoğan Azərbaycanəsilli aktyora vəzifə verdi
Sənət08:18 11.08.2023

Ərdoğan Azərbaycanəsilli aktyora vəzifə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanəsilli aktyor Tamer Karadağlı Türkiyə Dövlət Teatrlarının baş direktoru təyin edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar "Rəsmi Qəzet”də dərc edilib.
Qeyd edək ki, Tamer Karadağlının ailəsi Qarsın Sarıkamış rayonunda yaşayıb. İbtidai məktəb başlamazdan əvvəl ailəsi ilə birlikdə ABŞ-da məskunlaşan Karadağlı daha sonra Türkiyəyə qayıdıb və yenidən ABŞ-a gedib. Bilkent Universitetinin musiqi və ifaçılıq sənətləri fakültəsində təhsil alan aktyor ilk dəfə 1993-cü ildə filmə çəkilib. Uzun illər rol aldığı "Çocuklar duymasın" isə Karadağlını məşhurluğun zirvəsinə çatdırıb.