Fələstin prezidenti Mahmud Abbas Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyə 3 günluk səfər edəcək.
Qaynarinfo bu barədə fələstinin "Amad" saytına istinadən xəbər
verir.
Məlumata görə, bu üç günlük səfərdə ikitərəfli əlaqələr və Türkiyə-Fələstin əməkdaşlığının daha da inkişaf etdirilməsi istiqamətində görüləcək tədbirlər Ərdoğanın Abbasla ikitərəfli görüşünün əsas mövzularından olacaq.
Həmçinin Ərdoğan və Abbas Fələstindəki humanitar vəziyyət və son hadisələri, regional və dünya problemlərini müzakirə edəcəklər.
M.Arif