Xəbər lenti

Ərdoğan: "Harami-Şərif bizim qırmızı cizgimizdir"
Dünya07:03 06.04.2023

Ərdoğan: "Harami-Şərif bizim qırmızı cizgimizdir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əl-Əqsa hərəminə edilən hücumları pisləyib.
Qaynarinfo bu barədə Anadolu Angentliyinə istinadla xəbər verir. 
"Müsəlmanların ilk qibləsinə qarşı edilən çirkin hərəkətləri pisləyirəm və hücumları tez bir zamanda dayandırmağa çağırıram. İsrail administrasiyasının yaratdığı zorakılıq dalğasının arxasında bütün xəbərdarlıqlara baxmayaraq, daxili problemlər olduğu aydındır. Bunun adı zülm siyasətidir”, - Ərdoğan deyib.
Prezident "Türkiyənin İsrail qüvvələrinin Məscidül-Əqsaya qarşı iyrənc hücumları” qarşısında səssiz qalmayacağını bildirib:
"Müsəlmanlara qarşı zülm və təxribat siyasəti, Hərəmi Şərifə hücumlar bizim qırmızı xəttimizdir”.
Ərdoğan İsraili təxribatları və İslam ziyarətgahlarına hücumları dayandırmağa çağırıb:
"Əl-Əqsada müsəlmanlara qarşı hücumları dərhal dayandırmağa çağırırıq. Hər kəs bilməlidir ki, Fələstin xalqı tək deyil”.
Alpər