Xəbər lenti

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını çağırdı
Dünya06:00 13.01.2024

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasının iclasını çağırıb. İclas bu gün keçiriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun X sosial şəbəkəsində yazıb.
Fəxrəddin Altun qeyd edib ki, toplantıda terrorla mübarizə müzakirə olunacaq.
Bu gün yerli vaxtla 14:30-da İstanbuldakı Dolmabaxça sarayında keçiriləcək iclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Gülər, baş qərargah rəisi Metin Güler, Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın iştirak edəcəklər.
Qeyd edək ki, ötən gün İraqın şimalında Türkiyə ordusunun 9 əsgəri şəhid olub.