Xəbər lenti

Ərdoğan Yunanıstana adalarla bağlı xəbərdarlıq etdi
Dünya15:06 09.06.2022

Ərdoğan Yunanıstana adalarla bağlı xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yunanıstan Egeydəki hərbsizləşdirilmiş adaların silahlandırılmasını dayandırmalı və beynəlxalq müqavilələrə əməl etməlidir".
Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
NATO müttəfiqləri dəniz sərhədləri və Aralıq dənizindəki müvafiq kontinental şelflər, həmçinin hava məkanı, miqrantlar və etnik cəhətdən parçalanmış Kiprlə bağlı məsələlərdə uzun müddətdir fikir ayrılıqları yaşayırlar. Son vaxtlar adalar ətrafında müzakirələr yenidən alovlanıb.
Ankara Egey adalarının 1923-cü il Lozanna və 1947-ci il Paris müqavilələrinə əsasən silahlana bilməyəcəyini deyir. 
Egey dənizinin sahil əyaləti İzmir yaxınlığında Türkiyə hərbi təlimlərini izləyən Ərdoğan çıxışında Afinanı "peşmançılıqla nəticələnəcək xəyallardan, hərəkətlərdən və bəyanatlardan çəkinməyə” çağırıb. O, 1920-ci illərin əvvəllərində türklərin Yunanıstan daxil işğalçı dövlətləri məğlub etdiyi müstəqillik savaşını xatırladıb.
"Türkiyə Egeydəki hüquqlarından və adaların silahlanması məsələsində beynəlxalq müqavilələrdə müəyyən edilmiş haqqlarından istifadə etməkdən əl çəkməyəcək”, deyə Ərdoğan bildirib.
Ötən həftə Ərdoğan Yunanıstan baş naziri ilə yaranan qalmaqal və hava məkanının pozulması hesab etdiyi hadisə səbəbilə Yunanıstanla bütün ikitərəfli danışıqları dayandırdığını deyib.
Ankara bildirir ki, Egey adaları Yunanıstana hərbiləşdirməmək şərti ilə 1923 və 1947-ci il müqavilələrinə əsasən verilib.
Yunanıstan Türkiyənin adaları silahlandırması ilə bağlı dediklərini "əsassız" adlandırıb. Afina həmçinin Ankaranı adalar üzərindəki Yunanıstanın suverenliyini şübhə altına almaqda ittiham edib.
Nurlan