Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiya prezidentləri ilə yeni danışıqlara başladığını açıqlayıb.
Qaynarinfo Türkiyənin "Anadolu" dövlət agentliyinə istinadən xəbər verir ki, o, bu barədə cümə günü
bildirib.
"Türkiyənin Ukraynadakı diplomatik səyləri "müharibədə qalib, sülhdə isə məğlub tərəf olmur fikrinə əsaslanır”, - Ərdoğan vurğulayıb.
Ərdoğan qeyd edib ki, Rusiya Federasiyası ilə Ukrayna arasında müharibə bütün dünyaya ciddi siyasi, iqtisadi və humanitar ziyan vurur. Onun sözlərinə görə, Türkiyə Ukraynanın ərazi bütövlüyünü güclü şəkildə dəstəkləyir.
Eyni zamanda, Türkiyə "Rusiya Federasiyasına qarşı ağlasığmaz siyasət" vasitəsilə regionda ziddiyyətlərin qızışdırılmasına qarşı çıxıb", - Ərdoğan bildirib.
O bildirib ki, bazar günü, dekabrın 11-də Rusiya prezidenti Vladimir Putinlə taxıl dəhlizi ilə bağlı danışıqlar aparacaq.
Ərdoğan deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə də söhbət planlaşdırılır.
Alpər
Şərhlər