Xəbər lenti

Ərəblərdən daha bir ulduza astronomik təklif
İdman06:04 28.07.2023

Ərəblərdən daha bir ulduza astronomik təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu yay transfer dönəmində, Ruben Neves, Xalidu Koulibali, Sergey Milinkovic və son olaraq braziliyalı Malkomu heyətinə qatan Səudiyyə Ərəbistanı komandası indi gözünü PSJ-nin ulduzu Marko Verattiyə dikib.
Qaynarinfo-nun məlumatına görə, "La Gazetta dello Sport" "Al-Hilalın" PSJ- nin italyan ulduzu Marko Verrattiyə 3 illik müqavilə və ümumi 156 milyon avro maaş təklif etdiyi bildirilib. Ərəb klubu Paris komandasının aparıcı futbolçusunu razı salmağa çalışarkən, Liqa 1 təmsilçisinin bu transferə müsbət yanaşdığı bidirilib. 
İtaliya millisinin 30 yaşlı futbolçusu 2012-ci ildən PSJ-də çıxış edir. Verratti Fransa klubunda 416 oyuna çıxıb və bu müddətdə doqquz dəfə ölkə çempionluğu sevincini yaşayıb. 
Ulduz yarımmüdafiəçinin PSJ ilə 2026-cı ilə qədər müqaviləsi var.
Səbuhi Həsənov