Xəbər lenti

Erkin Qədirli ilə Zamin Hacı arasında QALMAQAL
Siyasət14:12 23.09.2013

Erkin Qədirli ilə Zamin Hacı arasında QALMAQAL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün xəbər verdiyimiz kimi REAL Hərəkatının bir sıra üzvləri ilə digər müxalif insanlar arasında dünənki mitinqin formatı və detalları barədə mübahisə yaşanıb.

Qaynar.info-nun verdiyi xəbərə görə, müzakirə gün ərzində getdikcə daha da şiddətlənib və müzakirəyə tanınmış yazar Zamin Hacı da qarşıb. O, özünün Facebook sosial şəbəkəsindəki statusunda bu məsələyə münasibət bildirərkən yazıb: "İsgəndər Həmidov zindanda 9 il yatmış insandır. Ümumiyyətlə, kişi adamdır, meydan qəhrəmanıdır, çoxları kolluqda gizlənəndə də meydanda olub. Özünü intellektual adlandıran, ancaq başı qatıq bankasından fərqli olmayan bir çoxlarından vətənpərvər insandır. Nə deyibsə, əcəb eləyib deyib".

Buna cavab olaraq isə Erkin Qədirli Zamin Hacını Facebookda "block"a atıb və ona belə cavab verib:  "Dünəndən bəri bir çox adamı block etmişəm - düşük atmacalarına, səviyyəsiz bənzətmələrinə görə. Təəsüf ki, Zamin Hacını da block etməli oldum - məni "başı qatıq bankasından fərqli olmayan intellektual" adlandırdığına görə. Bunu da, İsgəndər Həmidovun mitinqdə səviyyəsiz çıxışını tənqid etdiyimə görə yazıb. Üstəlik, İsgəndər Həmidovu "kişi adam" adlandırıb. Durum belədir. Yolumuz uzun və çətindir. Davam edirik".

Statusda Erkin Qədirliyə "Məni də block etməyin" yazan tanımış yazıçı Seymur Baycana Erkin Qədirli "Düşük bir şey yazsanız, Sizi də block edəcəyəm" deyə cavab verib.

Qaynar.info