Xəbər lenti

Erlinq Halandın gözqamaşdıran gəliri - 50 milyon...
İdman 15:18 01.03.2023

Erlinq Halandın gözqamaşdıran gəliri - 50 milyon...

Mövsümün əvvəlində "Mançester Siti"nin 60 milyon avro qarşılığında heyətinə qatdığı Erlinq Haland sponsoru ilə yeni müqavilə bağlamağa hazırlaşır. 

Qaynarinfo xəbər verir ki, Premyer Liqadakı çıxışını yüksək səviyyədə davam etdirən 22 yaşlı hücumçu yeni müqavilə ilə gəlirini xeyli artıracaq. 

Amerikada idman geyimi istehsal edən şirkətlərdən biri ilə olan sponsorluq müqaviləsi 2022-ci ildə başa çatmış futbolçu bu anlaşmanı daha yüksək rəqəmlərlə yeniləməyi düşünür. Yerli mətbuatda gedən xəbərdə idman geyim markasının norveçli ulduzla 24 milyon dollara anlaşdığı bildirilib. Müqavilə imzalandıqdan sonra Halandın illik gəlirinin 50 milyonu keçəcəyi gözlənilir.

Norveçli ulduz hücumçu "Siti"nin heyətində meydana çıxdığı 33 matçda 33 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Mətbuatda çıxan xəbərlərdə Premyer Liqa təmsilçisinin norveçli hücumçuya ildə 30 milyon avro maaş verdiyi, həftəlik qazancının isə 1 milyon avronu keçdiyi bildirilir.

Səbuhi Həsənov


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->