
Azərbaycan ordusunun 1994-cü il qış kampaniyası zamanı Horadizdə keçirdiyi əməliyyatla bağlı maraqlı video ortaya çıxıb.
Qaynar.info-nun məlumatına görə, həmin əməliyyat zamanı Horadizi ermənilərdən azad edən milli ordunun komandirlərindən olan, "qara polkovnik" kimi tanınan mərhum Fətulla Hüseynovun qondarma Qarabağ Respublikasının bayrağını endirərək cırması görüntülənib.
Videoda Fətullah Hüseynov tərəfindən endirilərək cırılan erməni bayrağı daha sonra Azərbaycan əsgərləri tərəfindən ayaqqabı silmək üçün adi əski parçasına çevrilib.
Qaynar.info