Xəbər lenti

Erməni ekspertdən tarixi etiraf: "Aprel müharibəsi zamanı…"
Siyasət12:40 20.03.2018

Erməni ekspertdən tarixi etiraf: "Aprel müharibəsi zamanı…"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Biz aprel müharibəsi zamanı Rusiyanın İrəvandakı səfirliyi qarşısında hansısa aksiyalar görmədik. Bu, sadəcə fəlakətdir".
Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, bunu "1in.am" saytına açıqlamasında erməni politoloq Levon Şirinyan söyləyib.
"Kremldə bunu yaxşı görürlər. Artıq Rusiya səfirliyi də öz adından Moskvaya hesabat göndərərək bildirib ki, bu xalq öz tarixi təcrübəsindən heç bir dərs götürməyib. Belə xalqla dost kimi davranılmır, onu bilərəkdən hər işdə istifadə edirlər. Artıq beşinci kolonun da Ermənistanda edəcək heç bir işi qalmayıb. Kreml anlayır ki, bu insanlar (ermənilər nəzərdə tutulur - red.) təkcə onların vətəndaşı deyillər, həm də mülkləridirlər. Onlar daha Ermənistanda hədər yerə pul xərcləməyəcəklər" - deyə o bildirib.