Xəbər lenti

Erməni general ağır yaralandı - Qarabağda
Ölkə06:23 17.03.2017

Erməni general ağır yaralandı - Qarabağda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun generalı və iki yüksək rütbəli zabiti ağır yaralanıb.

"Qaynar" xəbər verir ki, apa.tv-nin "Iragir.am" saytına istinadən verdiyi məlumata görə, onlar partlayış nəticəsində ağır xəsarət alıblar. Partlayışın hansı səbəbdən və hansı şəraitdə baş verdiyi açıqlanmır.

Yaralı general-leytenant Levon Mnatsakanyan və iki zabit xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin ağır olduğu deyilir.

Qaynar.Az