İrəvanın keçmiş polis rəisi Aşot Karapetyan bir binanın çökməsi nəticəsində ölüb.
Qaynarinfo xəbər verir ki, bu haqda shamshyan.com saytı məlumat verib.
Hadisə haqda bilinən tək şey onun Rusiyada baş verdiyi, binanın qaz partlaması səbəbiylə çökməsidir. Ashot Karapetyan 49 yaşında olub, 1993-cü ildən bəri polis sistemində çalışıb, general-mayor rütbəsi daşıyıb. 2015-ci ildə İrəvana Polis rəisi təyin edilib.
Qeyd edək ki, o, Sərkisyan hakimiyyəti dövründə xüsusi qəddarlığı ilə fərqlənən bir polis rəisi kimi tanınıb. Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiyaya qaçıb.
Bəzi analitiklər partlayışın qəsdən törədildiyini deyir.
Alpər