44 günlük müharibədən sonra Ermənistanda kriminogen vəziyyət nəzarətdən çıxıb.
Qaynarinfo erməni mənbələrinə istinadən xəbər verir ki, müharibədən qayıdan könüllülər silahları təhvil verməyərək müxtəlif cinayətlər törədir.
Konkret olaraq avqustun 21-də Ararat polisinə 22 yaşlı Lusarat kənd sakininin Pokr Vedi icmasına bir neçə atəş açması barədə əməliyyat məlumatı daxil olub.
Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, həmin gənc İkinci Qarabağ savaşında iştirak edib.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar zamanı məlum olub ki, sözügedən gəncin atası "Yekrpara” Könüllülər Birliyinin Ararat bölgəsinin rəhbəridir. Onun evində axtarış aparılarkən silah-sursat tapılıb. Aydın olub ki, 61 yaşlı həmin şəxs İkinci Qarabağ savaşı zamanı döyüş meydanından silah-sursat toplayaraq özü ilə Ermənistana gətirib.
61 yaşlı kişi qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmək, daşımaq və ya saxlamaqda şübhəli bilinərək saxlanılıb.
Bu olay Ermənistan hüquq-mühafizə orqanlarını təşvişə salıb. İstintaq Komitəsi ehtimal edir ki, oxşar fakt yüzlərlədir. Ona görə də qurum vətəndaşlara müraciət edərək silahları könüllü təhvil verməyə çağırıb.
Seyid