Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə etErmənistanın “Alaşkert” futbol komandası iyulun 14-dən 20-ə kimi Türkiyənin Bolu şəhərində təlim-məşq toplantısında olacaq.
Anspress-in məlumatına görə, Armen Gülbudaqyanın rəhbərlik etdiyi komanda dəniz səviyyəsindən 2000 metr yüksəklikdə olan bazada məşq edəcək.
1990-cı ildə Göyçə mahalının Martuni (Qaranlıq) şəhərində yaradılmış komanda stadionu olmadığına görə hazırda oyunlarını paytaxt İrəvanda keçirir.
Türkləri düşmən sayan ölkənin komandasının təlim-məşq toplantısı üçün bu ölkəni seçməsi çox müəmmalıdır.
Qaynar.info