Xəbər lenti

Erməni nazir: “Azərbaycanlı həmkarımla 7 ildir zəngləşmirəm...”
Ölkə14:29 19.06.2015

Erməni nazir: “Azərbaycanlı həmkarımla 7 ildir zəngləşmirəm...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın və Ermənistanın müdafiə nazirləri arasında telefon əlaqəsi yoxdur. Musavat.com-un erməni mənbələrinə istinadən verdiyi xəbərə görə, bu barədə erməni müdafiə naziri Seyran Ohanyan İrəvanda keçirilən NATO Parlament Assambleyasının 89-ci “Rose-Roth” seminarı çərçivəsində nümayəndələrdən birinin bu barədə verdiyi sualı cavablandırarkən bildirib.
Ohanyanın sözlərinə görə, telefon əlaqəsinin kəsilməsi Azərbaycan tərəfinin qərarı əsasında olub: “Belə bir əlaqə 2008-ci ildən Azərbaycan tərəfinin qərarı ilə kəsilib. Əgər 2008-ci ilədək müxtəlif səviyyələrdə telefon əlaqəsi var idisə, bu gün o, sadəcə, mövcud deyil. Çünki belə bir imkan bizim azərbaycanlı həmkarlarımız tərəfindən istisna edilib. Vaxtilə danışıqlar prosesi çərçivəsində mənimlə Azərbaycanın müvafiq nazirliyinin rəhbərliyi arasında söhbətlər olub. Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında təmaslar saxlansa da, Müdafiə nazirlikləri arasında belə təmaslar yoxdur”.
Qaynar.info