Xəbər lenti

Erməni nazir: "Qarabağda məğlub olacağıq"
Dünya10:09 14.03.2016

Erməni nazir: "Qarabağda məğlub olacağıq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Qarabağda genişmiqyaslı müharibəyə getməyəcək, lakin Türkiyə və Almaniyanın dəstəyi ilə münaqişəni öz xeyrinə həll etmək istəyir.

Qaynar.info publika.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Artünyan deyib.

Keçmiş müdafiə naziri vəziyyətin qorxulu olduğunu və Ermənistanın məğlub duruma düşəcəyini qeyd edib.

"Təbii ki, biz Rusiyaya inanırıq, lakin kim zəmanət verə bilər ki, Rusiya Qarabağ müharibəsində Azərbaycanın uduzmağını istəyəcək", - o bildirib.

Qaynar.info