Xəbər lenti

Erməni nazirdən Azərbaycana hədə
Siyasət09:51 28.06.2013

Erməni nazirdən Azərbaycana hədə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan tərəfinin bir tərəfli addımı sadəcə uğursuzluğa məhkumdur. 

Qaynar.info-nun erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu iyunun 28-də Ermənistan müdafiə naziri Seyran Ohanyan jurnalistlərə verdiyi açıqlamasında deyib. 

Ohanyan bildirib ki, Bakının belə addımları həmişə bir məqsədə - daxili problemləri həll etməyə yönəlib: "Bir gün bizi müharibəyə çəkdilər, biz də Dağlıq Qarabağı və sərhədlərimizi qoruduq. Bu gün isə bizi birtərəfli güzəştlərə məcbur etmək mümkün deyil".

Erməni nazirin sözlərinə görə, müharibə təhlükəsi həmişə qalır: "Biz hər gün müharibəyə hazır olmalıyıq və buna görə də, hər gün imkanlarımızı təkmilləşdiririk". 

Qaynar.info