Xəbər lenti

Erməni şirkətinə qadağa
Dünya12:42 11.09.2014

Erməni şirkətinə qadağa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya "Air Armenia" şirkətinə ölkəsinin hava məkanından istifadəni qadağan edib.

ANS PRESS-in məlumatına görə, Rusiya 21 sentyabr tarixindən etibarən erməni şirkətinə qarşı qadağanı icra edəcək. 

Bu qərar "Air Armenia" şirkətinin 1,1 milyon dollar borcu ilə əlaqədar olaraq atılıb.

Rusiyanın hava nəqliyyatının təşkili üzrə Dövlət Korporasiyasından bildirilib ki, avianaviqasiya üzrə xidmətə görə gecikdirilmiş borcların tam ödəməsindən və cari borcların ödənişi üzrə zəmanətlərin verilməsindən sonra xidmət bərpa olunacaq. 

Qurumdan bildirilib ki, "Air Armenia" şirkətinə borcların ödənilməsi üçün bütün imkanlar verməsinə baxmayaraq şirkət bunun üçün heç bir təşəbbüs göstərməyib.

Qaynar.info