Xəbər lenti

Ermənilər ayağa qalxdı
Dünya10:42 01.07.2014

Ermənilər ayağa qalxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanda etiraz aksiyası dalğası başlayıb. 

Anspress-in məlumatına görə, İrəvanın mərkəzində toplaşan nümayişçilər ölkədə elektrik enerjisi tariflərinin artırılmasına etiraz edib. Onlar ictimai xidmətlərin nizamlanması üzrə Komissiyanın iclası keçirilən binaya girmək istəyib. Lakin təhlükəsizlik qüvvələri bunun qarşısını alıb. Nəticədə qarşıdurmalar yaşanıb. 

Daha sonra nümayişçilər şəhərin mərkəzi prospektlərindən birini bağlayıb. Polislər aksiyaçılara yenidən müdaxilə edib. 

Hazırda etiraz aksiyası davam edir.

Qaynar.info