Xəbər lenti

Ermənilər Azərbaycan saytına hücum etdi
13:46 25.09.2019

Ermənilər Azərbaycan saytına hücum etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə fəaliyyət göstərən ASASmedya.infonun rəsmi "Facebook" səhifəsi hücuma məruz qalıb. 
Bu haqda Qaynarinfo-ya saytın baş redaktoru Elçin Aslangil məlumat verib. O, bir ay əvvəl yayıma başlayan ASASmedya.info xəbər saytının "Facebook" səhifəsinin ermənilərin hücumuna uğradığını bildirib: 
"Ermənistan tərəfindən vurularaq öldürülən Azərbaycan əsgəri (https://asasmedya.info/news/karabag/917-azerbaycanli-asker-sehit-oldu) və Nikol Paşinyanın ABŞ-da qarşılanmasından (https://asasmedya.info/news/karabag/918-abd-pasinyani-boyle-karsiladi) bəhs edən xəbərlər Feysbukdakı şikayətlərə görə görünmür. Bundan başqa səhifəmizdə hər hansı paylaşma da edə bilmirik”.
"Bütün mediya və Azərbaycandan səhifəmizi bəyənərək və paylaşaraq dəstəklərini əksik etməmələrini xahiş edirik”, - baş redaktor əlavə edib. 

Oxşar xəbərlər