Xəbər lenti

Ermənilər azərbaycanlı məktəbliləri atəşə tutdu
Ölkə11:07 24.01.2014

Ermənilər azərbaycanlı məktəbliləri atəşə tutdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tərtər rayonu Qapanlı kəndi istiqamətində dinc sakinləri atəşə tutub.

Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, səhər saatlarında Qapanlı orta məktəbinə gedən yolda şagirdlər ermənilərin açdığı atəşə məruz qalıblar. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Erməni ordusu məktəb yolunu təxminən 10 dəqiqə müddətində atəş altında saxlayıblar.

Ötən gecədən başlayaraq erməni silahlı qüvvələri Tovuzun cəbhə xəttinə yaxın kəndləri atəşə tutub. Ermənilər təxminə 10 saata qədər Tovuzun Əlibəyli, Hacallı, Muncuqlu, Ağdam və Qaralar kəndlərini atəş altında saxlayıblar.

Ermənilərin açdığı atəş nəticəsində Tovuzun Əlibəyli kənd sakini, 28 yaşlı Hüseynova Ruhəngiz Əhməd qızı ayaq nahiyəsindən yaralanıb. Ümumilikdə Əlibəyli kəndi təmas xətti boyunca yerləşdiyindən əhalinin həyətlərində sərbəst gəzmələri olduqca təhlükəlidir.

Bundan başqa Ermənistan silahli qüvvələri son bir ayda cəbhədə fəalliq nümayiş etdirməkdədir.

Qaynar.info