Xəbər lenti

Ermənilər Dağlıq Qarabağın adını dəyişmək istəyir
Ölkə12:14 05.11.2016

Ermənilər Dağlıq Qarabağın adını dəyişmək istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın işğal altındakı torpaqlarında yaradılan qondarma  “Dağlıq Qarabağ Respublikası” yeni referendum keçirməyi planlaşdırır.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yeni dəyişikliklərdən sonra qondarma rejimin adı “Dağlı qQarabağ Respublikası” deyil, “Artsax Respublikası” adlandırılacaq.
Bu barədə yerli “spiker” Aşot Qulyan məlumat verib.
“Biz öz tarixi adımıza qayıdacayıq və bu konstitusiyanın 1-ci maddəsində öz əksini tapacaq”. “Referendum”la bağlı müzakirələr noybarın 20-nə qədər yekunlaşacaq və təsdiq olunması üçün separatçı lider Bako Saakyana təqdim olunacaq. Referendumun 2017-ci ildə keçirilməsi nəzərdə tutulur.
Qaynarinfo.Az