Xəbər lenti

Ermənilər Əlibəylini atəşə tutub- Yenilənib
Ölkə18:54 28.07.2014

Ermənilər Əlibəylini atəşə tutub- Yenilənib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib.

Qaynar.info xəbər verir ki, yerli sakinlərin musavat.com-a verdiyi məlumata görə, bu gün axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulub.

Sakinlər bildirir ki, artıq iki saatdır ki, 10-15 dəqiqə fasilələrlə erməni silahlı birləşmələri kəndi iri çaplı silahlardan atəşə tutur.

***
Aldığımız son məlumata görə, hazırda Tovuzun digər sərhəd kəndi olan Ağdam da erməni silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulur. Ara-sıra ordumuz tərəfindən cavab atəşi açılsa da ermənilər buna məhəl qoymurlar.

Atışma bu dəqiqələrdə də davam edir.

***
Musavat.com-un verdiyi son məlumata görə, hazırda Əlibəyli kəndində sakitlikdir. Düşmən cavab atəşilə susdurulub.

Qaynar.info