
Qondarma “DQR müdafiə nazirliyi” bu dəqiqələrdə iyulun 9-da Kəlbəcərdə əsir götürülən azərbaycanlının fotolarını yayıblar.
Qaynar.info virtualaz.org-a istinadən xəbər verir ki, separatçı rejimin erməni KİV-lərinə ötürdüyü fotoda azərbaycanlı mülki şəxs təsvir olunub. Həmin şəxsin 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğlu olduğunu yazır. Artıq erməni mətbuatı əsirin fotosunu da yayıb.
Erməni tərəfi iddia edir ki, Şahbaz Quliyevin Dağlıq Qarabağa keçən Azərbaycan kəşfiyyat-diversiya qrupunun üzvüdür.
Qaynar.info

