Xəbər lenti

Ermənilər kəndimizi atəşə tutdu - VİDEO
Ölkə05:22 02.04.2016

Ermənilər kəndimizi atəşə tutdu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gecə saatlarında Ermənistan silahlı dəstələri Tərtərin təmas xəttinə yaxın ərazidə yerləşən  kəndini atəşə tutublar.
"Report" xəbər verir ki, əsasən yüngül artilleriya silahlarından istifadə edən düşmən fasilələrlə kəndin kənarına, eləcə də Ordumuzun mövqelərinə atəş açıb.
Atışma təqribən iki saatdan çox davam edib və Azərbaycan Silahlı Qüvvələrinin layiqli cavab atəşindən sonra düşmən susdurulub.
Atışma zamanı fərdi yaşayış evlərinə ziyan dəyib. Bir çox evlərin dam örtüyünü müxtəlif silahlardan açılan mərmi dağıdıb. Kənd sakinləri arasında xəsarət alan olmayıb.
Qaynar.info