Xəbər lenti

Ermənilər ordumuzun əsgərini yaraladı
Ölkə06:59 10.10.2013

Ermənilər ordumuzun əsgərini yaraladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Qaynar.info APA-ya istinadən verdiyi məlumata görə, hadisə dünən cəbhənin Füzuli istiqamətində qeydə alınıb.

 Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Tərlan Nizami oğlu Cırıyev düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.
 
Qeyd edək ki, T. Cırıyev İsmayıllı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Qaynar.info