Xəbər lenti

Ermənilər Rusiyanı terrorla hədələdilər
Dünya19:06 21.08.2013

Ermənilər Rusiyanı terrorla hədələdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanın hakim Respublika Partiyasının fraksiya başçısı Qalust Saakyan Rusiyanı hədələyib. 

Ans Press-in məlumatına görə, bu barədə o, “Joxovurd” qəzetinə müsahibəsində bildirib. 

“Avropa Birliyi ilə assosiasiya barədə sazişin Ermənistan tərəfindən paraflanması halında Rusiya bizə qarşı sanksiya tətbiq edərsə, cavab zərbəsini öz daxilindən, Rusiya vətəndaşı olan ermənilərdən alacaq», - deyə Qalust Saakyan bildirib. 

Yəni erməni siyasətçi bir vaxt Osmanlıda olduğu kimi Rusiyada da erməni milliyətindən olan vətəndaşların terrora əl atacağına işarə vurub. 

Qaynar.info